Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini, 1938-ci il təvəllüdlü Fərman Qələndər oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb.
Qəzaya sürücünün sükan arxasında infarkt keçirərək ölməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.