Bakı-Qazax avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, magistral yolda hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfərin xəsarət alıb.
Onlar ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.