Şəmkirdə yol qəzası baş verib, yaralanan var - YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1978-ci il təvəllüdlü İlyas Həsənov, 1982-ci il təvəllüdlü Könül Həsənova, 2006-cı il təvəllüdlü Hüseyn Həsənzadə və 1965-ci il təvəllüdlü Cavid Rəcəb oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 


*** 17:21

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes-Benz" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaralananın olduğu bildirilir.

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56