Şəmkirdə yol qəzası baş verib

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yük avtomobili “Mercedes” markalı avtomobilə arxadan çırpılıb. Qəza yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Qəza nəticəsində ağır xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41