Şəmkir rayonunda 16 yaşlı yeniyetmə velosipedlə uçuruma düşüb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Nizami Malik oğlu Qasımov velosipedlə hərəkətdə olan zaman uçuruma yıxılıb. Ağır xəsarətlər alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.