Şəmkirdə yanvar ayı ərzində 25 ədəd odlu silah aşkarlanaraq götürülüb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayı ərzində qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçiriblər. Tədbirlər nəticəsində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47