Şəmkirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyadanı (onun adı hələ məlum deyil – red) avtomobil vurub.

Nəticədə piyada ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü avtomobillə ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31