Şəmkirdə su kanalında batan gəncin meyti tapılıb - YENİLƏNİB 

Şəmkir rayon Mahmudlu kənd ərazisində su kanalında batan şəxsin meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Su kanalında batan, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

18:48

Şəmkir rayonunda yerli sakinin su kanalında batdığı güman edilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Mahmudlu kəndində su kanalında çimən 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlu batdığı ehtimal edilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və xilas edicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13