Şəmkirdə sərxoş şəxs iş yoldaşını bıçaqlayıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Mixail Quliyev iş yoldaşı olan, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Sənan Quliyevlə yeyib-içən zaman aralarında mübahisə yaranıb. 

Nəticədə M.Quliyev iş yoldaşını bıçaqlayıb. Xəsarət alan S.Quliyev xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən M.Quliyev isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47