Şəmkir. 18 fevral. REPORT.AZ/ Şəmkir rayonunda 52 yaşlı kişi soyuq silahla özünə xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Zəyəm kənd sakini, 1967-ci il təvəllüdlü A.Nəbiyev özünü bıçaqlayıb. Yaralı əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.