Şəmkirdə qonşu qonşusunu baltalayıb

Şəmkir. 15 noyabr. REPORT.AZ/ Şəmkir sakini qonşusuna balta ilə xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Bilal Tapdıq oğlu Əmiraslanov qonşusu tərəfindən balta ilə vurulub.

Başından ağır yara alan B.Əmiraslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47