Şəmkirdə qəbiristanlıqdan oğurluq olub

Şəmkir. 14 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda qəbiristanlıqdan oğurluq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, oğurluq faktı rayonun Qasımalılar kəndində qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən sinə daşı və xeyli sayda mərmər güldan oğurlanıb. 

Hadisə ilə bağlı kənd sakinləri hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54