Şəmkirdə qəbiristanlıqdan bir neçə güldan oğurlanıb.
Bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki qəbiristanlıqdakı məzarlardan birinin üzərinə quraşdırılan güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Əsədov, C.Xəlilov və Şəmkir rayon sakini N.Cəlilov saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 28-də Dəllər-Cəyir kənd qəbiristanlığında daha bir məzarın kənarına quraşdırılmış 2 ədəd güldanı oğurlamaları da müəyyən edilib.