Şəmkirdə qadını ilan vurub

Bakı. 5 may. REPORT.AZ/ Şəmkir rayonunun Ceyrançöl ərazisində ilansancma hadisəsi baş verib. “Report”un xəbərinə görə, Gədəbəy rayonunun Düzyurd kənd sakini 42 yaşlı Mahirə İsgəndərovanı yaylaqda ilan vurub.

M.İsgəndərova Şəmkir rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır  kimi qiymətləndirilir. 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26