Şəmkirdə qadına məxsus evdən silah aşkarlanıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda fərdi yaşayış evindən silah aşkarlanıb.

"Report"un məlumatına görə, hadisə Dəllər Cəyir kəndində baş verib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həmin kəndin sakini Rəfiqə Abdullayevaya məxsus yaşayış evinə baxış keçirdikləri zaman oradan qundağı və lüləsi kəsilmiş "Karabin" markalı silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48