Şəmkir rayonunda qayınana gəlini döyərək ona xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.
Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Zərər çəkən 30 yaşlı B.M-ovanın bildirdiyinə görə, onu qayınanası döyüb.
Faktla bağlı araşdırma aparılır.