Şəmkirdə piyadanı vurub, hadisə yerindən qaçan sürücü saxlanılıb

Şəmkirdə piyadanı vuran sürücü saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Qələndər Əli oğlu Əliyevi idarəetdiyi "VAZ-2107" markalı avtomobillə vuran, 1956-cı il təvəllüdlü Mübariz Mahmud oğlu Hüseynov saxlanılıb.

Qeyd edək ki, ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31