Şəmkirdə piyadanı avtomobil vurub

Şəmkir. 19 iyul. REPORT.AZ/ Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon "Daş bazarı" deyilən ərazinin yaxınlığında baş verib. Yolu keçmək istəyən təxmini 45-50 yaşlı kişi piyadanı avtomobil vurub. Ağır kəllə-beyin travması alan şəxs öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaları birinə aparılıb. Hazırda həmin şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48