Şəmkirdə orta yaşlı qadın dərmandan zəhərlənib

Şəmkir rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Könüllü kəndindən olan 1987-ci il təvəllüdlü qadın hələ ki, naməlum səbəbdən qəbul etdiyi həblərdən zəhərlənib.

O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Qadına həkimlər tərəfindən lazımi tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər