Şəmkirdə oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Bakı. 10 may. REPORT.AZ/ Şəmkir rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. 

"Report" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki mağazaların birindən 1 ədəd noutbuk, 1 ədəd müşahidə kamerası və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakini Murad Qasımov saxlanılıb. İstintaq zamanı onunla birgə olan daha 2 nəfərin şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39