Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb, araşdırma aparılır.