Bakı-Qazax avtomobil yolunda mikroavtobusda qəzaya düşən sərnişin yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən hissəsində Gəncə-Qazax-Gəncə reysi üzrə hərəkətdə olan "Mercedes" markalı avtomobilin dünən kranla toqquşması nəticəsində xəsarət alan Tovuz rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Musayev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.