Şəmkirdə "Mercedes" aşıb, xəsarət alanlar var 

Şəmkir rayon Çinarlı qəsəbəsində "Mercedes" markalı avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1976-cı il təvəllüdlü Ayaz Orucov, 1983-cü il təvəllüdlü Dünyaxanım Orucova və Gültəkin adında gənc qız müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47