Şəmkirdə manqalı yandıran zaman yanıq xəsarətləri alan 23 yaşlı oğlan ölüb

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.

"Report"un məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31