Şəmkirdə mağazadan oğurluq edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda mağazadan oğurluq edilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər sakini Eyvaz Əliyevə məxsus mağazada baş verib. Naməlum şəxs pəncərədən mağazaya girərək oradan 100 manat pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlayıb.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayonun Dəllər qəsəbəsinin sakini Musa Hüseynov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41