Şəmkirdə kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

Şəmkir. 9 may. REPORT.AZ/ Şəmkir rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.

Dava zamanı bıçaq xəsarəti alan 1958-ci il təvəllüdlü Şəmkir rayon sakini Məmmədov Nizami Səməd oğlu qarın nahiyəsindən əməliyyat olunub.

Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31