Şəmkirdə iki maşının toqquşması nəticəsində bir nəfər ölüb

Şəmkir. 16 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şiştəpə kəndi ərazisi ilə hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47