Şəmkirdə iki maşın toqquşub, sürücülər xəsarət alıb

Şəmkir. 21 mart. REPORT.AZ/ Axşam saatlarında Şəmkirin Dəllər qəsəbəsində baş vermiş yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Mustafayev Elməddin Anar oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq "VAZ-2108"ə çırpılıb.

Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən Mustafayevin vəziyyəti orta-ağırdır. Digər sürücünün isə aldığı xəsarət yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26