Şəmkirdə iki maşın toqquşdu, sürücü öldü

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə noyabrın 12-də saat 7 radələrində qeydə alınıb.

Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 07 iyun, 2026 / 17:55
Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28