Şəmkirdə gənc oğlan bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 15-16 yaşlı gənc oğlan (şəxsiyyəti müəyyənləşdirilir-red) şəxsi münaqişə zəminində bıçaq xəsarəti alıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralının Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulur.

Hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Şamaxıda yenidən zəlzələ olub 28 fevral, 2026 / 02:41