Şəmkirdə gəlin qayınanasına xəsarət yetirib

Şəmkir rayonunda 86 yaşlı qadın ailə münaqişəsi zəminində xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1935-ci il təvəllüdlü F.Vəliyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona ailə münaqişəsi zəminində gəlini tərəfindən xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36