Şəmkirdə fərdi yaşayış evi yanıb

Şəmkir rayonunda ikimərtəbəli yaşayış evində yanğın baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Posanlı qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsinin 60 kvadratmetr sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon yanğında mühafizə hissəsinin texnikası və canlı qüvvəsi tərəfindən yanğının qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31