Şəmkirdə toy hazırlığı gedən evə oğru girdi

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. 

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, aparılan araşdırmalarla əvvəllər məhkum olunmuş, rayon sakini, 39 yaşlı Anar Məmmədzadə rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığı oğurladığı müəyyənləşib. Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18