Şəmkirdə ev yanıb, xəsarət alan var 

Şəmkir rayonunda yaşayış evində yanğın olub, bir nəfər yanıq xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dəllər qəsəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli iki otaqdan ibarət evdə baş verən yanğın nəticəsində bir otaq və 20 kvadratmetr dam örtüyü yanıb. Hadisə zamanı 1998-ci il təvəllüdlü Sevil Həsənova qolundan birinci dərəcəli yanıq xəsarətləri alıb.

Yanğın söndürülüb, hadisənin başvermə səbəbləri araşdırırlır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26