Şəmkir. 15 noyabr. REPORT.AZ/ Ötən gün Şəmkir rayonunda avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Düyərli kənd ərazisində yolu keçən zaman "VAZ-2106" markalı avtomobil tərəfindən vurulan kənd sakini Ramazan Quliyev həkimlərin səylərinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.