Şəmkirdə azyaşlını avtomobil vurdu

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza rayonun Qaracəmirli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olarkən 6 yaşlı piyada anidən magistral yola çıxıb. Bu zaman avtomobil əvvəlcə 2014-cu il təvəllüdlü Rüstəm Zaur oğlu Paşayevi vurub, daha sonra digər avtomobilə çırpılıb. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər