Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib

Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü İ. Əliyevi avtomobil vurub.

Nıticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51