Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Morul kənd sakini, 1964-cü il təvəllüdlü Telman Şıxməmmədovdur. 

Qeyd edək ki, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


***22:13

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14