Şəmkirdə avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alan var

Şəmkir. 19 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Cavid Aslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47