Şəmkirdə avtomobil qəzası olub, ana və oğlu yaralanıb

Şəmkir rayon Çaparlı kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1970-ci il təvəllüdlü Reyhan Sultan qızı Mehdiyeva və onun oğlu 1995-ci il təvəllüdlü Samir Sabir oğlu Mehdizadə xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər