Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin maneəyə çırpılması nəticəsində Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Amal Salmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31