Şəmkirdə avtomobil qadın piyadanı vuraraq öldürüb

Şəmkirin Şiştəpə kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçən 58 yaşlı Gülçöhrə Hüseynovanı vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29