Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkir. 3 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun "Kiraz yolu" adlanan ərazisindəki marketlərdən birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən rayon sakini Sadıqov Fərid Çingiz oğlunu vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48