Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkir. 27 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Dora Eldar qızı Qarayeva yaşadığı evin qarşısında yolu keçən zaman “VAZ-2106” markalı avtomobil onu vurub. Hadisə nəticədə D.Qarayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın qəzanı törədən sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər