Şəmkirdə avtomobil kanala düşüb sürücü ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə rayonun seyfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Fəxrəddin Abbasov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili kanala aşırıb. Hadisə nəticəsində sürücü F.Abbasov ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48