Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakinləri - 2006-cı il təvəllüdlü E.İsmaylov, 2005-ci il təvəllüdlü E.Vəliyev, 2004-cü il təvəllüdlü F.Quliyev və 2005-ci il təvəllüdlü E.İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47