Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var 

Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2007-ci il təvəllüdlü Məhəmməd Quliyev və 1998-ci il təvəllüdlü Orxan Allahverdiyev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağır, digərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27