Şəmkirdə avtomobil aşıb, Rusiya vətəndaşı xəsarət alıb

Şəmkir rayonunun Şiştəpə kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiya vətəndaşı 2005-ci il təvəllüdlü Ayxan Nəbiyev və Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü Qəzənfər Aslanov xəsarət alıb.

Onlardan birinin vəziyyəti orta-ağır, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37