Şəmkirdə avtomobil aşıb, iki qardaş xəsarət alıb

Şəmkir rayonunun Yeni Həyat kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

'Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Atəş İsayev və Yusif İsayev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18