Şəmkirdə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü İntiqam Cəfər oğlu Rəsulov, Hikmət Camal oğlu Məmmədov və  1992-ci il təvəllüdlü Rasim Heydər oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların hər üçünün vəziyyətinin ağır olduğu bildirilir 

Faktla bağlıı araşdırmalara başlanılıb. 


*** 9:12

Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolununun Şəmkir rayonunun Sarıtəpə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatıdırılıblar. Onların kimliyi dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41